Levostrong 500 mq/100 ml - Antibakterial
Antibiotik

Levostrong 500 mq/100 ml

Geniş təsir spektrli antibakterial preparat. Levofloksasinin təsiri ilə müxtəlif infeksiyalara qarşı effektivdir.

Məhsul Haqqında

Tərkibi:

Levofloxacin Hemihydrate eq. to Levofloxacin 500 mq

Göstərişləri:

  • Aşağı tənəffüs orqanlarının infeksion-iltihabi xəstəlikləri: kəskin və xroniki bronxit, pnevmoniya, bronxopnevmoniya, plevrit
  • Yuxarı tənəffüs orqanlarının infeksion-iltihabi xəstəlikləri: rinit, sinusit (frontit, haymorit, etmoidit, sfenoidit), kəskin və xroniki otit
  • Sidik yollarının və böyrəyin infeksion-iltihabi xəstəlikləri: sistit, uretrit, pielonefrit
  • Reproduktiv orqanlarının infeksion-iltihabi xəstəlikləri:
    • Kişilərdə – balanit, orxit, epididimit, orxoepididimit, prostatit
    • Qadınlarda – vulvit, vaginit, vulvavaginit, salpingit, ooforit, salpinqo-ooforit, iltihabi kistalar
  • Qarın boşluğu orqanlarının infeksion-iltihabi xəstəlikləri: qastrit, duodenit, kolit, pankreatit, xolesistit, xolangit
  • Dəri və yumşaq toxumaların infeksion-iltihabi xəstəlikləri: iltihabi ateroma, abses, furunkul, karbunkul
  • Sümük və oynaqların infeksion-iltihabi xəstəlikləri: artrit, osteoartrit, osteomielit
  • Cərrahiyyə əməliyyatından əvvəl və sonra profilaktika məqsədi ilə

Əks göstərişləri:

Preparatın hər hansı komponentinə qarşı həssaslıq.

Dozalanma:

  • Pnevmoniya və bronxopnevmoniyada: gündə 1–2 dəfə – 500 mq
  • Sidik yolları və böyrək infeksiyaları: gündə 1 dəfə – 500 mq
  • Dəri və yumşaq toxumaların infeksiyaları: gündə 1–2 dəfə – 500 mq
  • Sümük və oynaq infeksiyaları (artrit): gündə 1 dəfə – 500 mq
  • Cərrahiyyə əməliyyatından sonra profilaktika: gündə 1 dəfə – 500 mq
  • Ağır, kəskin proseslər zamanı: doza artırıla bilər, lakin müalicə müddəti saxlanılmalıdır
  • Böyrək çatışmazlığı zamanı: doza azaldılır – 250 mq sutkada 1–2 dəfə

Buraxılış forması:

100 ml infuziya həlli

Rəsmi Distribütor

SOLVEY PHARMA

2022-ci ildən Azərbaycanda rəsmi fəaliyyət göstərir.

Digər Məhsullarımız